Türkiyə mətbuatı “Qarabağ”dan yazdı - "Tarixdə BİR İLK"
"Qarabağ" futbol klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək, avrokubokların 1/8 finalına yüksəlib.
Gundem.az bildirir ki, Ağdam təmsilçisi səfərdə 4:2 hesablı qələbə qazanıb. Klub cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.
Türk idman saytı “Fanatik” Azərbaycanın uğurunu bölüşüb.
Nəşrdə “Qarabağ” tarixində ilk yaşandığı qeyd olunub.
Mənbə: gundem.az