Image

"Qarabağ" 1/8 finalda kimlə qarşılaşacaq? - POTENSİAL RƏQİBLƏR

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. 

Gundem.az xəbər verir ki, Ağdam təmsilçisinin potensial rəqibləri məlumdur. Siyahıda 7 komanda var: 

İngiltərədən "Liverpul", "Vest Hem" və "Brayton", Şotlandiyadan "Reyncers", İspaniyadan "Vilyareal", İtaliyadan "Atalanta" və Çexiyadan "Slaviya" (Praqa) klubları Qurban Qurbanovun komandasına rəqib ola bilər. 

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 23-də Bakı vaxtı ilə 15:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq.

Mənbə: gundem.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq