Xərçəng olan rəqqasə onun üçün 1 milyon yığılmasından danışdı - FOTO
Xərçəng xəstəliyindən əziyyət çəkən türkiyəli rəqqasə Tanyeli haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, o müalicəsi üçün 1.5 milyon lirə (təxminən 82 050 AZN) yığılması xəbərlərini təkzib edib:
"Təəssüf ki, elə bir rəqəm yoxdur. Olsaydı xoş olardı. Başqa da bir açıqlama verməzdim".
Xatırladaq ki, Tanyeli ötən iln iyulunda xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb. Rəqqasənin mədəaltı vəzində şiş aşkarlanıb.
Müalicə alan Tanyelinin saçları tökülüb. Rəqqasə arıqlamaq üçün mədəkiçiltmə əməliyyatı etdirib. Onun çəkisi 99 kiloqramdan 60-a düşmüşdü.
BAKU.WS