Image

Ağdamda partlamamış döyüş sursatları aşkarlanıb - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.   BAKU.WS xəbər verir ki, bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.   "Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.   Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd olunub. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq