Image

"Bayer"dən "Qarabağ"la bağlı paylaşım: "Nə düşünürsünüz?" - FOTO

"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 finalındakı rəqibi "Bayer" klubu Ağdam təmsilçisi ilə bağlı paylaşım edib.

Gundem.az bildirir ki, paylaşımda azarkeşlərdən püşkatmanın nəticəsi ilə bağlı düşündükləri soruşulub:

"Bir daha salam! Avropa Liqasının 1/8 finalında "Qarabağ" (Azərbaycan) ilə qarşılaşırıq! Püşkatma haqqında nə düşünürsünüz?".

Qeyd edək ki, bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. 

Püşkatma nəticəsində Almaniyanın "Bayer" klubu "Qarabağ"a rəqib olub. Komandalar arasında ilk oyun martın 7-də Bakıda, cavab matçı isə martın 14-də Leverkuzendə keçiriləcək.   

        Посмотреть эту публикацию в Instagram                      

Публикация от Bayer 04 Leverkusen (@bayer04fussball)

Mənbə: gundem.az

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq