Image

Mert Ramazan Demirin sürücüsü jurnalisti az qala canından edəcəkdi - ANBAAN VİDEO

"Yalı Çapkını" serialının aktyoru Mert Ramazan Demir ötən gün gecə saatlarında İstanbulun Etiler səmitində görüntülənib.

BAKU.WS xəbər verir ki, jurnalistləri orada olduğunu bilən aktyor tez zamanda ərazidən uzaqlaşmağa çalışıb.

Həmin vaxt Mertin yanında gənc xanım da olub. Jurnalistlərdən biri ondan xanımın kimliyini soruşub. Mert isə sualı cavabsız qoyaraq lüks avtomobilinə minib. Bu zaman jurnalist aktyora maşının pəncərəsindən mikrofon uzadaraq sualının cavablanmsını istəyib.

Həmin anda Mertin sürücüsü maşını sürətlə sürərək az qala jurnalisti əzib. Daha sonra operator mətbuat nümayəndəsindən maşının onun ayağı üstündən keçib-keçmədiyini soruşub.

Yaşananların ardından Mertin yanındakı xanımın onun meneceri olduğu ortaya çıxıb.

BAKU.WS həmin kadrları təqdim edir:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah 35 dərəcə isti olacaq

Azərbaycan nefti bahalaşıb