Kuril adaları sahillərində nəhəng köpək balığı tapılıb
Kuril adalarının sahillərində iki köpəkbalığı dünyaya gətirən böyük köpəkbalığı aşkar edilib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Kurilski Təbiət Qoruğunun mütəxəssisləri hadisə yerinə gəliblər.
“Biz köpəkbalığını tapdıq, onu bir az yerindən tərpətdik, ölçülər aldıq (uzunluğu 211,5 sm), hər tərəfdən müayinə etdik və fotoşəkillərini çəkdik, nümunələr götürdük", - deyə təşkilatın elmi işlər üzrə direktor müavini Yelena Linnik bildirib.
Köpəkbalığı yerli sakinlər tərəfindən Tofitski küçəsinin sahilində aşkar edilib. Hadisə şahidləri bildiriblər ki, bir gün əvvəl sahildə iki köpək balığı doğulsa da, onları tapmaq mümkün olmayıb. Mütəxəssislər qeyd edirlər ki, onları cərəyan yuyub dənizə çıxara bilərdi.
Nəzərinizə çatdıraq ki, köpək balıqları Primorsk diyarının tez-tez görünürlər. Yay mövsümündə yerli sakinlər ara-sıra bu dəniz yırtıcılarının şəkillərini paylaşırlar.
BAKU.WS