Image

Dünyanın ən hündür minarəsi olan məscid inşa edildi - FOTO

Əlcəzairdə dünyanın ən hündür minarə məscidinin açılışı olub.

BAKU.WS xəbər verir ki, bu barədə AP (Associated Press) məlumat yayıb.

Bildirilib ki, məscid Əlcəzairin Aralıq dənizi sahilində inşa edilib. Onun dizaynında Əlcəzair və Şimali Afrika motivlərinə aid ornamentlərdən istifadə edilib. 

Burada helikopter meydançası da var. Layihənin rəsmi dəyəri 898 milyon dollardır.

Məscid əvvəlcə ölkənin keçmiş prezidenti Əbdüləziz Buteflikanın layihəsi idi və onu Afrika ölkələridnə ən böyük məscidi kimi dizayn etmişdi. O, bu məscidin öz irsi olmasını istəyirdi və ona "Əbdüləziz Butefliqi məscidi" adını vermişdi.

Çin inşaat firması tərəfindən tikilən Əlcəzairin Böyük Məscidi və dünyanın ən hündür minarəsi 265 metr hündürlüyə malikdir. Onun 120 000 nəfərlik namaz zalı var. 

BAKU.WS

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq