Maşinist olmadan qatar 70 kilometr yol getdi
Hindistanda maşinist olmadan qatar 70 kilometr yol gedib.
BAKU.WS "euronews"a istinadən xəbər verir ki, Hindistan Dəmiryolları əməkdaşları 5 stansiya boyunca hərəkət edən qatarı dayandıra bilməyiblər.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Sürücüsüz qatarın bəzi stansiyalardan hədsiz sürətlə ötməsi əhalinin ciddi narazılığına səbəb olub.
Maşinistsiz qatarda 53 vaqon olub.
Dəmiryolları idarəsi sürücüsüz qatarın insan tələfatına səbəb olmadığını açıqlayıb.
BAKU.WS