Image

Qar uçqunu oldu - Bir neçə turist öldü

Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub.

Gundem.az xəbər verir ki, bu barədə İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakunov KİV-ə məlumat verib.

"İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb", - Usubakunov deyib.

İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər.

Həlak olanların şəxsiyyəti müəyyən olunub.

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq