Image

Sərnişinin mədəsi ağrıdığına görə nəhəng gəmi karantinə alındı - FOTO

Cənubi Afrikaya yola düşən "Norwegian Dawn" gəmisi karantinə alınıb.

BAKU.WS xəbər verir ki, səfər zamanı sərnişinlərdən birinin səhhətində problem yaranıb və onun mədəsi ağırmağa başalyıb.

Bundan sonra gəmidə Kolera (vəba) xəstəliyi yayıldığı iddia edilib. Böyük gəmi karantinə alınıb.

Gəmi 12 gündür dənizdə imiş. Onun sahilə çatacağı vaxtı dəyişdirilib.

Gəmi heyəti tərəfindən ard-arda edilən açıqlamalar zamanı gəmidə insanların təhlükəsizliyinin təmin olunduğu qeyd edilib.

294 metr uzunluğunda olan gəmi 2002-ci ildə dəniizə buraxılıb. Bu günə qədər minlərlə sərnişin daşıyıb. 

Kolera (vəba) xəstəliyi  sudan qaynaqlanan infeksiyadır. Hədsiz ishal, qaytarma, susuzluq və ayaq ağrıları bu xəstəliyin əlamətləridir. 

BAKU.WS

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq