56 min 620 əcnəbi Türkiyədən deportasiya olunacaq
56 min 620 əcnəbinin Türkiyədən deportasiya olunacağı gözlənilir.
BAKU.WS milliyet.com.tr-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında deyib.
O, Atatürk Hava Limanında keçirilən Səyyar Miqrasiya Nöqtəsi vasitələrinin istifadəyə verilməsi mərasimində iştirak edib. Mərasimlə İstanbulda 65 yeni Səyyar Miqrasiya Nöqtəsi avtomobili istifadəyə verilib.
"Bu gün İstanbulumuzda 65 yeni Səyyatər Miqrasiya Nöqtəsi vasitəsini istifadəyə veririk. Bu yeni vasitələrlə İstanbulda ümumilikdə 103 Səyyar Köç Nöqtəsinə çatdıq. Beləliklə, yoxlamalarımızı daha sıx və daha güclü etdik".
Nazir Yerlikaya nəqliyyat vasitələrinin sayının artırılacağına diqqət çəkərək hədəflərinin 265 vasitə olduğunu vurğulayıb.
BAKU.WS