İlon Mask 2000 dollarlıq tort borcunu ödədi
Ötən günlərdə "Tesla" şirkətinin əməkdaşlarından biri San Xose şəhərindəki şirniyyatçıya 4 min kiçik tort sifariş edib, 6 min dollarlıq sifarişi isə ləğv etditib.
BAKU.WS xəbər verir ki, bundan sonra həmin şirniyaytçı sosial şəbəkə hesabında bununla bağlı paylaşım edərək maddi zərərə uğradığını bildirib.
"Tesla" və "X"in sahibi Elon Musk sözügedə paylaşıma reaksiya verib.
Milyarder "Bu xəbəri yeni eşitdim. Şirniyyatçı ilə aramı düzəldəcəm" deyərək bildirib.
Daha sonra şirniyyatçı sosial şəbəkədə "Tesla"nın sözügedən əməkdaşının ona 2000 dollar göndərdiyini bildirib.
BAKU.WS