Image

Moskva vilayətində qatar relsdən çıxıb - VİDEO

Rusiyada qatarın relsdən çıxması səbəbindən şəhərətrafı qatarların hərəkətində ləngimə yaranıb.

Bu barədə Moskva Dəmir Yolları İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Marina Roşa - Aprelevka istiqamətində hərəkət edən qatar relsdən çıxıb. 

Sərnişinlər baş vaqon vasitəsilə qatardan çıxarılıb. Nəticədə xəsarət alan olmayıb. 

BAKU.WS

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq