İstanbul boğazı hər iki istiqamətdə gəmilərin hərəkətinə bağlandı
İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.
BAKU.WS xəbər verir ki, buna səbəb qatı dumanın müşahidə edilməsidir.
Bildirilib ki Eminönü-Beykoz, Anadolu Hisarı-Eminönü, Sarıyer-Eminönü, Beykoz-Sarıyer, Anadolu Kavağı-Rumeli Kavağı-Sarıyer bərə reysləri ləğv olunub.
Görünüş məsafəsinin azalması səbəbindən bəzi nöqtələrdə nəqliyyatın hərəkətində də problemlər yaranıb.
Yaranmış sıxlığın bir qədər də artacağı gözlənilir.
BAKU.WS