Image

Putin İsveç və Finlandiya sərhədindəki ordunu gücləndirəcək

Rusiya Federasiyasının prezidenti Vladimir Putin İsveç və Finlandiyanın NATO-ya daxil olmasını nəzərə alaraq Qərb istiqamətində Rusiya hərbi qrupunun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bu barədə o, Federal Məclisin illik müraciətində danışıb.

“Hərbi blokun Şərqə növbəti genişlənməsi və İsveçlə Finlandiyanın NATO-ya cəlb olunması ilə bağlı təhlükələri neytrallaşdırmaq üçün qərb istiqamətindəki qruplar ciddi şəkildə gücləndirilməlidir”, - deyə Putin əlavə edib.

O əlavə edib ki, Rusiya ordu və donanmanın daha yüksək səviyyəsinə çatmalıdır: "Qoşunlara PUA-ların, hava hücumundan müdafiə və elektron döyüş texnikasının, kəşfiyyat və rabitə vasitələrinin, yüksək dəqiqlikli və digər silahların verilməsini daha yaxşı təşkil etmək lazımdır".

BAKU.WS

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq