Azərbaycan və Rusiya XİN başçıları Türkiyədə GÖRÜŞDÜ - YENİLƏNDİ
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə ediblər.
Gundem.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirib.
Nazirlər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi barədə danışıblar.
***
15:11
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Gundem.az xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.
Onların müzakirə etdikləri məsələləri hələ ki, açıqlanmayıb.
Mənbə: gundem.az