Hakan Fidan: "Beynəlxalq nizam iflic duruma düşüb"
Beynəlxalq nizam fəaliyyətsiz duruma düşüb.
Gundem.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, dünyadakı xaosun əsas səbəblərindən biri də budur: “Odur ki, itirəsi vaxtımız yoxdur. Diplomatiyaya şans vermək lazımdır”.
H.Fidan söyləyib ki, Qəzzada baş verənlərin təkrarlanmaması üçün çalışmaq lazımdır.
Mənbə: gundem.az