Bu ölkə Rusiya neftindən İMTİNA ETDİ
Bolqarıstan martın 1-dən Rusiya neftinin idxalını dayandıracaq.
Gundem.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Bolqarıstan parlamentinin ötən ilin sonunda qəbul etdiyi qərar qüvvəyə minir. 2023-cü ildə idxalın yanvarın 1-dən iki dəfə, daha sonra fevralın 1-dən 25%-ə qədər azaldılmasını və martın 1-dən tam dayandırılmasını nəzərdə tutan qərar təsdiq edilib.
Qeyd olunur ki, Bolqarıstan 2024-cü ilin sonuna qədər Brüssel tərəfindən Rusiya neftinin idxalına qoyulan qadağadan azad edilib. Lakin hökumət xammaldan vaxtından əvvəl imtina etmək qərarına gəlib.
2023-cü ilin sonunda Bolqarıstan Rusiyadan dəniz yolu ilə neft idxalına görə dördüncü ən böyük alıcı olub. Bildirilirdi ki, 2024-cü ilin əvvəlindən Bolqarıstan Rusiya xammalını əvəz etmək üçün Qazaxıstan, İraq və Tunisdən neft idxal etməyə başlayıb.