Image

Bu ölkə də Rusiya əleyhinə sanksiyalara qoşuldu

İsveçrə Federal Şurası Aİ-nin 13-cü sanksiya paketində yer alan anti-Rusiya tədbirlərinə qoşulduğunu bildirib.

Gundem.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulur”, - məlumatda deyilir.

Sanksiyalar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Bundan əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə 194 şəxsi daxil edib. Aİ, həmçinin 13-cü sanksiyalar paketinə üçüncü ölkələr də daxil olmaqla 27 təşkilatı əlavə edib.

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq

Faktiki hava açıqlanıb