Image

Fransa komandosları Ukraynaya göndərir? - Monde

Fransa Rusiya Federasiyasını "strateji dilemma" qarşısında qoymaq üçün xüsusi təyinatlıların və digər hərbi birləşmələrin Ukrayna sərhədini keçməsinə icazə verməyi nəzərdən keçirir.

Gundem.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Monde" qəzeti mənbələrə istinadən yazıb.

Qeyd edək ki, Fransa Prezidenti Makron Ukraynaya Avropa qoşunlarının göndərilə biləcəyini istisna etməyib. Avropa ölkələrinin əksəriyyəti, o cümlədən Fransa XİN başçısı Sejurne isə belə bir niyyət olmadığını açıqlayıb.

Buna baxmayaraq, Makron sözlərinin "ölçülüb-biçilmiş, düşünülmüş və təsdiqlənmiş" olduğunu xüsusi vurğulayıb.

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq

Faktiki hava açıqlanıb