Qırğızıstanda 5,4 bal gücündə zəlzələ oldu
Qırğızıstanın şimalında 5,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Respublika Seysmologiya İnstitutu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Çolpon-Ata şəhərindən 35 kilometr şimalda və Bişkekdən 190 kilometr aralıda İssık-Kul bölgəsində olub.
Episentrə ən yaxın yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi belə olub: Qazaxıstanın Almatı şəhərində 4,5 bal, Çolpon-Atada 4 bal, Bişkek və Karakolda hər birində 3,5 bal.
BAKU.WS