Image

Bu ölkədə yaşa görə pensiya alanlara ildə bir dəfə maaşları qədər pul veriləcək - FOTO

İsveçrədə yaşa görə təqaüd alanlara ildə bir dəfə maaşları qədər əlavə pul verilməsi qaydası təsdiqlənib.

BAKU.WS "BBC"yə istinadən xəbər verir ki, İsveçrədə seçicilər hər il təqaüdçülərə maaş təqaüdünün verilməsinə səs verən referendumda bu qanuna "Hə" deyiblər.

Hökümət hər il təqüdçülərə maaşlarından əlavə pulun verilməsinin dövlət büdcəsinə ziyan olduğunu açıqlasa da, təxminən 60 faiz seçici bu qaydanın təsdiqlənməsinə səs verib.

Referendum zamanı, pensiya yaşının 65-dən 66-ya artırılması qanunu da 75 faiz seçici tərəfindən rədd edilib.

Hazırda İsveçrədə yaşa görə pensiya məbləği 2760 dollardır. (təxminən 4692 AZN) Buna baxmayaraq pensiyaçıların yarıdan çoxu bu maaşla dolanmağın qeyri-mümkün olduğunu bildirir. 

BAKU.WS

Xəbər lenti

Moldova Rusiyaya nota verib

Sabah hava küləkli olacaq

Faktiki hava açıqlanıb