Image

Dəhşətli hadisə - FHN əməkdaşını maşınla əzib öldürdü

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gundem.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb.

Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: gundem.az

Xəbər lenti