Gədəbəydə 12 otaqlı evdə yanğın olub
Gədəbəydə 12 otaqlı evdə yanğın baş verib.
FHN-dən Gundem.az-a verilən xəbərə görə, rayonun Plankənd kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Ətraflı Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: gundem.az