Sumqayıtda evdə meyit tapıldı
Sumqayıtda 61 yaşlı kişinin meyiti tapılıb.
Gundem.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi Kərim Kərimov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb.
1963-cü il təvəllüdlü Sadiq Qadir oğlu Əliyevin meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Mənbə: gundem.az