Saatlıda evdə yanğın olub
Saatlı rayonunun Novruzlu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 12 m² sahədə yanıb.
Gundem.az xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: gundem.az