Image

Bakı-Sumqayıt yolunda dəhşətli qəza, bir nəfərin beli sındı

Bakı – Sumqayıt yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobillərin toqquşması nəticəsində yaralanan 1994-cü il təvəllüdlü Cəfərov Səmral Arif oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti