Azərbaycan-Qazaxıstan sənədləri İMZALANDI - YENİLƏNDİ
Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Gundem.az xəbər verir ki, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
***
14:26
Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilir.
Gundem.az-ın xəbərinə görə, martın 11-də Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şuranın birinci iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanması mərasimi keçirilir.
Mənbə: gundem.az