"Qarabağ"ın Avroliqadan kənarlaşdırdığı "Braqa"nın baş məşqçisinin yeni iş yeri
Moskva "Spartak"ı komandanın baş məşqçi postu üçün Portuqaliya "Braqa"sının məşqçisi Artur Jorjenin namizədliyini ciddi şəkildə nəzərdən keçirir.
BAKU.WS-in xəbərinə görə, bu barədə "A Bola" nəşri məlumat yayıb.
"Spartak"ın idman direktoru Tomas Amaral mütəxəssislə müqavilə imzalamaqda maraqlıdır.
Bildirilir ki, Gilyermo Abaskal 2022/23 mövsümü başlamazdan əvvəl "Spartak"ın sükanı arxasına keçib. Ötən mövsüm onun rəhbərliyi altında klub Rusiya çempionatında üçüncü olub.
Media Abaskalın İspaniya "Kadis"inə rəhbərlik edə biləcəyini yazıb.
Qeyd edək ki, Jorjenin rəhbərliyi altında "Braqa" Portuqaliya çempionatında "Sportinq", "Benfika" və "Portu"dan geri qalaraq dördüncü yerdə qərarlaşıb.
BAKU.WSMənbə: baku.ws