Mauro İkardi "Qalatasaray"ın tarixinə düşdü
Mauro İkardi "Qalatasaray"ın tarixinə düşüb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, argentinalı futbolçu "sarı-qırmızılı" forma ilə bir təqvim ilində 11 ayda qol vurmağı bacarıb.
Ötən ilin iyul ayında oynamayan İkardi 11 aylıq seriyanı tamamlayıb.
Mauro ötən mövsüm 23 qol vurub, 8 məhsuldar ötürmə edib.
Ulduz futbolçu bu mövsüm 21 qol və 10 məhsuldar ötürmə ilə çıxış edir.
Ötən mövsüm "Qalatasaray"ın liqadakı qollarında 37 faiz paya sahib olan İkardi bu mövsüm 34 faiz paya sahibdir.
BAKU.WSMənbə: baku.ws