Image

İranda tonqal faciəsi: 15 nəfər öldü

İranda bu il Novruz bayramı ərəfəsində qeyd edilən çərşənbə mərasimlərində 15 nəfər həyatını itirib.

Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran rəsmiləri bildirib. 

Novruz bayramı adətlərinə görə, martın 20-21-nə qədər 4 çərşənbə axşamında tonqallar qalanır. 

İranın fövqəladə hallar departamentinin rəhbərinin sözlərinə görə, builki çərşənbələrdə yaralananların sayı keçən illə müqayisədə 24 faiz artıb.  152 adamın əl və ya ayağı amputasiya edilib, 700-ə yaxın insanın gözləri zədələnib.  Yaralananların 15 faizi isə yoldan keçənlər olub. Hətta ötən illərdə İranda bir çox mədəniyyət qurumları bayramın keçirilmə üsulu ilə bağlı xəbərdarlıq da edib.

Mənbə: gundem.az

Xəbər lenti