Hakan Fidan Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Gundem.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib. O deyib ki, Hakan Fidanın Bakıya səfəri sabah İraqın paytaxtı Bağdaddakı görüşlərdən sonra baş tutacaq. Türkiyəli nazir Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli şurasının 9-cu iclasında iştirak edəcək.
Mənbə: gundem.az