Image

"Qarabağ" bu gün "Bayer"lə qarşılaşacaq - Ya tamam, ya davam!

"Qarabağ" bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab görüşünə çıxacaq.

Gundem.az  bildirir ki, Azərbaycan millisi Almaniyada "Bayer Leverkuzen”in qonağı olacaq.

Matç Bakı vaxtı ilə saat 00:00-da "BayArena"da baş tutacaq.

Matçı Entoni Teylor idarə edəcək. Ona Qari Besuik və Adam Nann köməklik göstərəcək. 4-cü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək. VAR hakimləri Stüart Attuell və Carred Qavan Cillett (Avstriya) olacaq.

Qeyd edək ki, komandalar arasında daha öncə Bakıda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti