Image

Gökhan Özen ağır infeksiyaya yoluxub, 3 gündür yatır - FOTO

Məşhur müğənni Gökhan Özenin səhhətində ciddi problemlər yaranıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi ağır infeksiyaya yoluxub. Bu barədə Gökhan sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, həkimlər keçiriləcək imza günündə ona insanlarla təması qadağan edib.

Özen bu infeksiyaya İzmirdə keçirilən konsertindən sonra yoluxub:

"İzmir konsertindən sonra 3 gündür yatıram, ağır infeksiyaya yoluxmuşam. Həkimlər qəti xəbərdarlıq ediblər. İmza günümdə yüzlərlə insanla ünsiyyətim qadağan edilib. Onlar bildirdi ki, konsertlərdə mənə keçən infeksiyalar epidemiya xəstəliklərindən qaynaqlanır və təmas yolu ilə ötürülür. Konsertlərimdən sonra sevdiklərimlə saatlarla fotoşəkil çəkməkdən zövq alıram. Ancaq daha belə edə bilmirəm. İyul və avqust aylarından başqa tarixlərdə sevənlərimlə görüşü olmayacaq. Sevənlərimdən də buna hörmətlə yanaşmalarını istəyirəm".

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu