Image

Şirkətlərin milyonlar təklif etdiyi torpağını dövlətə bağışladı - FOTO

Türkiyədə yaşayan 81 yaşlı Fatma Arıcan 3 hektar ərazisini milyonlar təklif edən şirkətlərə satmaqdan imtina edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o Burdur bölgəsinin Bucak adlı ərazisində yerləşən bütün topağını dövlətə bağışlayıb.

Fatma Arıcanın iki qız övladı var. O qızlarının onu itirib-axtarmadığını sadəcə işləri düşəndə onu ziyarət etdiklərini deyib:

"Mənə dövlət baxır. Gedib-gəlib maraqlanırlar. İki qızım var. Evləndirmişəm. Heç biri gəlmir. Özlərinin işi düşəndə gəlirlər. Bu yerin sənədini dövlətə verdiyim üçün qohumlarım məni məhkəməyə verəcəklərini bildiriblər.

Məni məhkəməyə versələr də, bunu dəyişdirə bilməyəcəklər. Dövlətimə verirəm. Bir gün iki nəfər gəlib torpaq axtarırdılar, kənddən bura göndərdilər. Dedilər ki, nə qədər pul istəsən verərik, mən də dedim ki, pul lazım deyil, pensiya mənə bəsdir, vermədim.

Mənim dövlətdən başqa heç kimim yoxdur. Mən ancaq dövlətə güvənirəm. Jandarmlar həmişə gəlib halımı soruşurlar, xəstələnəndə həkimə aparırlar. Mən həmişə onlar üçün dua edirəm".

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu