Image

Dəniz limanında işçini avtokar vuraraq ÖLDÜRDÜ

22:33 14-03-2024

Suraxanı rayonunda limanda ehtiyyatsızlıq bir nəfərin ölümünə səbəb olub.

Gundem.az apa-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Tağıyev Zaur Məhərrəm oğlunu ehtiyyatsızlıqdan avtokar vurub. Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib.

O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırır.

Mənbə: gundem.az

Xəbər lenti