Ferhat Göçer: "Ən az 10 000 dollar təzminat ala biləcəyimi dedilər"
Rejissor Nuri Bilge Ceylanın "Kuru Otlar Üstüne" filmində müğənni Ferhat Göçerin mahnısı icazəsiz istifadə edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi bu barədə paylaşım edərək baş verənlərə reaksiya göstərib.
"Əgər bu zalım zəngimi açmasa, məhkəməyə verək. Qazandığı pulların hamısını 100 dollar 10 dollar sizə paylayım. Bilrikdə yeyək. Vəkillərdən soruşdum... Ən az 10 000 dollar təzminat ala biləcəyimi dedilər".
Xatırladaq ki, Musiqi Əsərləri Sahibləri Birliyi (MSG) rəhbəri olan Ferhat Göçer "Son Aşkım" mahnısı icazəsiz istifadə edildiyini bildirib.
Bununla bağlı sənətçi sosial şəbəkə hesabında açıqlama yayıb. "Bir dəfə zəng edib, icazə alsaydılar mahnımı sevə-sevə verərdim"- deyə ifaçı vurğulayıb.
BAKU.WS