Avtobus aşdı, 18 yaralı var
Türkiyənin Bingöl vilayətində avtobus qəzaya uğrayıb.
Gundem.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Hadisə Bingöl-Karlıova avtomobil yolunun Əzizan kəndi ərazisində baş verib.
İntensiv qar yağışı altında avtobusu idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində 18 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.