Image

Bakıda yol qəzası oldu, xəsarət alan var

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Gundem.az xəbər verir ki, Qala qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Cəfərov Fuad Fərhad oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 

Hadisənin təfərrüatı araşdırılır. (Report)

Mənbə: gundem.az

Xəbər lenti