Rusiya MSK: Putin prezident seçkilərində qalib gəlib - RƏSMİ
Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb.
BAKU.WS Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytına istinadən xəbər verir ki, hazırkı dövlət başçısı Vladimir Putin 87,32 faiz səslə prezident seçkilərində liderdir.
Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 %-nin hesablanmasından sonra, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79%, Leonid Slutski (RLDP) - 3,19 % səs toplayıb.
BAKU.WS