Image

Belqorodda raket təhlükəsi elan edildi - Sakinlərə XƏBƏRDARLIQ OLUNDU

Rusiyanın Belqorod vilayətinin sakinlərinə raket təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat verib.

"Belqorod vilayətində raket təhlükəsi sirenası işə salınıb. Əgər evdəsinizsə, pəncərələrə yaxın getməyin. Möhkəm divarları olan otaqlara (dəhliz, hamam, tualet, kiler) sığının", - deyə qubernator yazıb.

Qeyd edək ki, rusiyalı qubernator küçədə olanlara sığınacaq və ya başqa təhlükəsiz yerə getməyi də tövsiyə edib.

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu