Səhiyyədə süni intellekt: Depressiya və intihar düşüncələri...
Taylandda süni intellekt texnologiyası depressiya və intihar düşüncələri olan insanlara kömək etmək üçün istifadə olunur.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Bangkok Post" qəzeti yazır.
Taylandın Milli Sağlamlıq Təhlükəsizliyi İdarəsi (NHSO) tərəfindən istifadə edilən "AI DMIND" adlı süni intellekt texnologiyası xəstələrin psixoloji vəziyyətini qiymətləndirməyi asanlaşdırır.
Tayland Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Bölməsi və Banqkok Çulalonqkorn Universitetinin Sağlamlıq və Mühəndislik fakültələrinin birgə hazırladığı süni intellekt texnologiyası nazirliyin arxivindəki səs yazılarını təhlil edərək xəstələrdə depressiya əlamətlərini və intihara meylliliyi aşkar edə bilir.
Bildirilib ki, "AI DMIND" texnologiyası sınaq mərhələsində Taylandın təcrübəli psixiatrları tərəfindən qiymətləndirilib və ilkin nəticələrə əsasən, diaqnozlarının dəqiqliyi ilə bağlı müsbət rəy alıb.
BAKU.WS