İstanbulda peyda olan böyük ilan qorxu dolu anlar yaşatdı - FOTO
Türkiyənin İstanbul şəhərində sarı rəngli, böyük ilan peyda olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Gaziosmanpaşa küçəsində görüntülənən ilanın orada mağazası olan sahibkarlardan birində aid olduğu bildirilib.
Həmin şəxs onu günəş vannası qəbul etməsi üçün əraziyə buraxıb.
İlan vətəndaşlara qorxulu anlar yaşadıb. Sürünənin sonrakı aqibəti barədə hələ ki rəsmi qurumlar heç bir açıqlama verməyib.
BAKU.WS