Şahzadə Uilyam və həyat yoldaşı xəyanət xəbərlərindən sonra ilk dəfə görüntüləndilər
Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton yayılan xəyanət xəbərlərindən sonra ilk dəfə görüntüləniblər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, martın 16-da Kate Middlton və şahzadə Uilyam Windsorda yerləşən mağazaya gediblər.
Onlar alış-veriş ediblər.
"Bütün bu söz-söhbətlərdən sonra, onları orada görmək məni heyrətləndirdi. Kate, Williamla alış-verişə gedirdi, xoşbəxt idi və yaxşı görünürdü" - deyə şahidlər bildiriblər.
O, həmçinin qeyd edib ki, Şahzadə Uilyam və Keyt Middltonun yanında uşaqları olmayıb. Eyni zamanda, şahidlərdən heç biri cütlüyün fotoşəkilini çəkməyib.
BAKU.WS