Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı
Mingəçevirdə idarəetmədən çıxan avtomobil işıq dirəyinə çırpılaraq onu aşırıb.
Gundem.az xəbər verir ki, "Unikal"ın məlumatına görə hadisə şəhərin Gəncə şossesi istiqamətində baş verib.
"Vaz 2106" markalı maşınla yüngül toqquşma "Toyota" markalı avtomobilin idarəetmədən çıxmasına səbəb olub.
"Toyota" dirəyi aşırıb.
Qəza zamanı xəsarət alan olmasa da, şəhər təsərrüfatına və avtomobillərə zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az