Image

DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib - SİYAHI

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edilib.   BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.   Sərəncamla Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının kadrlarının hazırlanması sahəsində xidmətlərinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının aşağıdakı əməkdaşları təltif ediliblər:   “Tərəqqi” medalı ilə   Məmmədova Kamina Qavil qızı   “Hərbi xidmətlərə görə” medalı ilə   Allahverdiyev Extibar Yadulla oğlu – polkovnik   Əliyev Elçin Alastun oğlu – polkovnik   Əmirov Ziyafət Məsim oğlu – polkovnik   İsmayılov Azər Valeh oğlu – polkovnik   Nəsirov Elşad Haqverdi oğlu – polkovnik   Fətullayeva Mehparə Dayış qızı – polkovnik-leytenant   Məhərrəmov Namiq Əliəddin oğlu – polkovnik-leytenant.   Təhsil sahəsində xidmətlərinə görə Akif Padar oğlu Orucəliyevə “Əməkdar müəllim” fəxri adı verilib. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb