Image

Azərbaycanda saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya edilib

Özbəkistanda xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma və digər iqtisadi cinayətlərdə ittiham olunan və beynəlxalq axtarışa verilən vətəndaş Azərbaycandan ölkəsinə ekstradisiya edilib.

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Özbəkistan vətəndaşı, 2000-ci il təvəllüdlü Mahmudov Muzaffar Mavdudoviç həmin ölkənin Baş Prokurorluğunun vəsatəti əsasında cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilib.

Məlumata görə, M.Mahmudov Özbəkistan Cinayət Məcəlləsində nəzərdə tutulan xüsusilə külli miqdarda vergiləri və yığımları ödəməkdən yayınma, xüsusilə külli miqdarda zərər vurmaqla ticarət və xidmət göstərilməsi qaydalarını pozma, habelə qeyri-dövlət kommersiya və digər qeyri-dövlət təşkilatlarının vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərdən sui-istifadə etmə cinayətlərində ittiham olunur.

Beynəlxalq axtarışda olan şəxs bu ilin sentyabr ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən, ekstradisiya barədə qərar qəbul edilib.

M.Mahmudov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.

Mənbə: anews.az

Xəbər lenti