Image

Ermənistan da “Mir” sistemindən imtina edir

Rusiyanın “Mir” sisteminin kartlarının 2024-cü il martın 30-dan etibarən Ermənistanın əksər banklarının bankomat və POS terminallarında istifadəsi mümkün olmayacaq.  Gundem.az xəbər verir ki, bu barədə Rusiyanın RBC telekanalı Ermənistanın VTB bankının nümayəndəsinə istinadən məlumat yayıb.  “Martın 30-dan etibarən istifadəçilər artıq POS-terminallarda nağdsız ödənişlər həyata keçirə və respublikanın digər banklarının bankomatlarından nağd pul çıxara bilməyəcəklər”, - bankın nümayəndəsi bildirib.  Yalnız Rusiya VTB-nin törəməsi olan VTB Ermənistan bankına aid xidmət aparatlarından “Mir” kartı ilə əməliyyat aparmaq mümkün olacaq. 

Hazırda Ermənistanda VTB-nin 53 filialı fəaliyyət göstərir ki, onların da təxminən yarısı İrəvan şəhərindədir.  “Mir” kartlarından istifadənin dayanması ABŞ-nin sanksiyaları ilə bağlıdır. Ermənistandan öncə Özbəkistan, Türkiyə və Tacikistanda fəaliyyət göstərən bəzi banklar bu kartdan imtina ediblər.  (Sfera.az)

Mənbə: gundem.az

Xəbər lenti

Sabahın hava proqnozu

Zelenski Trampa zəng edib