Bakıda güclü külək: Kökündən qopan ağac “Prius”ların üzərinə aşdı - VİDEO
Paytaxtda güclü külək səbəbilə ağac qoparaq maşınların üzərinə düşüb.
BAKU.WS-ə verilən məlumata görə, hadisə Azadlıq prospektində baş verib.
Bildirilib ki, ağac kökündən qoparaq yaxınlıqda olan “Prius” markalı iki avtomobilin üzərinə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.
BAKU.WSMənbə: baku.ws